» » » Bakıda yol polisinə hücum – FOTO

Bakıda yol polisinə hücum – FOTO

Bakıda yol polisinə hücum – FOTO

Xidməti BMW əzildi.

Bakıda sərxoş sürücü yol polisinin avtomobilinə hücum edib.

ucarliyiq.biz xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib.

Nəticədə maşına ciddi ziyan dəyib.

Hadisəni törədən Ş. Bəylərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda yol polisinə hücum – FOTO