» » » Azərbaycandan dollar çıxarmaq istəyən daha bir türkiyəli saxlanıldı

Azərbaycandan dollar çıxarmaq istəyən daha bir türkiyəli saxlanıldı

Azərbaycandan dollar çıxarmaq istəyən daha bir türkiyəli saxlanıldı

Gömrükdə əməliyyat.

Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı Taşkın Murat Mehmet Kamil gömrük nəzarətindən keçən zaman bəyannamə təqdim etməyib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə,  M. Taşkının hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb. 

Nəticədə, onun şalvarının ciblərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış cəmi 12000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.