» » » “CinemaPlus” kinoteatrında “Nümunəvi erkək 2” gözlənilən ulduzlu komediyanın nümayişi baş tutub

“CinemaPlus” kinoteatrında “Nümunəvi erkək 2” gözlənilən ulduzlu komediyanın nümayişi baş tutub

“CinemaPlus” kinoteatrında “Nümunəvi erkək 2” gözlənilən ulduzlu komediyanın nümayişi baş tutub

Bütün dünyanı məşhurların qətllər dalğası bürüyüb.

Azərbaycanın premium kinoteatrı “CinemaPlus” dəb aləmindən bəhs edən “Nümunəvi erkək 2” yeni ulduzlu komediya  filminin nümayişinə başlayıb.

Paramount Pictures şirkəti, “Nümunəvi erkək 2” filminin treylerinin rekord vurduğunu və bütün zamanların ən məşhur komediya treyleri olduğunu elan edib.  

Filmdə ulduzların sayı həddindən artıq çoxdur: Rejissor, ssenarist və baş rolu oynayan – Ben Stiller, həmçinin təqdimata ehtiyacı olmayan Ouen Uilson, Penelopa Krus, Kristen Uiq və Uill Ferrel. Dizaynerlər Tom Ford, Tommi Hilfiger, Karl Lagerfeld, Viktoriya Bekhem və supermodellər Haydi Klum və Klaudiya Şiffer. Ben Stiller  mügənni və Calvin Klein Jeans-ın siması Castin Biberi də filmdə oynamağa dəvət edib.

Bütün dünyanı məşhurların qətllər dalğası bürüyüb. Dəbdəbəli polis xüsusi agenti Qrosso Montana, bir vaxtlar ən yaxşılardan olan, indisə azca solğunlaşmış kişi-model Derek Zulanderə kömək üçün müraciət edir. Görəsən indi o, əzəli dostu Hanselin dəstəsində olaraq dəb üzündən baş verən cinayəti dayandıra və təntənəli şəkildə dünya podiumuna qayıda biləcəkmi? Haradakı ümumi məşhurluq üçün bircə selfi bəs edər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. 

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.