» » » İtən uşaqların harada gecələmələri məlum oldu

İtən uşaqların harada gecələmələri məlum oldu

İtən uşaqların harada gecələmələri məlum oldu

“Mənə xəbər edə bilməyib”.

Bakıda fevralın 17-də yoxa çıxan iki məktəbli ötən gün Hövsan ərasizində tapılıb.

ucarliyiq.biz xəbər verir ki, Şamil Babayevin anası Yekaterina Babayevanın AzVision.az-a verdiyi məlumata görə, övladı yoxa çıxan gün nənəsigildə qalmayıb.

“Uşaqlar həmin gün Bakını gəziblər. Şamil mənə dedi ki, gecə sinif yoldaşı ilə birlikdə binalardan birinin blokunda yatıblar.

Üstündə telefon olmadığı üçün mənə xəbər edə bilməyib. İndi evdə istirahət edirlər. Bir azdan məktəbə gedəcəyik”-deyə Y.Babayeva bildirib. 

Anası Şamil Babayevi həkimə aparacağını, daha sonra isə psixoloqa müraciət edəcəklərini deyib. 

Qeyd edək ki, fevralın 17-də günorta saatlarında Bakının 32 saylı orta məktəbinin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxdıqdan sonra evə qayıtmayıb. Kamerka görüntülərindən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. 

Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci Polis Bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.