» » » Bərdədən Bakıya qaçan qız axtarılır – FOTO

Bərdədən Bakıya qaçan qız axtarılır – FOTO

Bərdədən Bakıya qaçan qız axtarılır – FOTO

Türkanə Mamedovanın 19 yaşı var.

Daxili İşlər Nazirliyi itkin düşmüş şəxslə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızının yanvarın 11-də Bərdə şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə polisə məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, T. Mamedova sonuncu dəfə paytaxt ərazisində görünüb.

İtkin düşmüş şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir.

Türkanə Mamedovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Bərdədən Bakıya qaçan qız axtarılır – FOTO