» » » Artur Rasizadə qazaxıstanlı məmura hansı lətifəni danışıb?

Artur Rasizadə qazaxıstanlı məmura hansı lətifəni danışıb?

Artur Rasizadə qazaxıstanlı məmura hansı lətifəni danışıb?

Saqintayev Bakı danışıqlarının təfərrüatlarını açıqladı.

Qazaxıstanın Baş nazirinin birinci müavini Bakıtjan Saqintayev kollegiya iclasında çıxışı zamanı mövzudan kənarlaşaraq, lətifə danışıb, ucarliyiq.biz Zakon.kz-ya istinadən xəbər verir.

Məlum olub ki, o, bu lətifəni bu günlərdə Azərbaycanın Baş nazirindən eşidib.

“Mən indi xatırladım, bu günlərdə Azərbaycanda və Gürcüstanda səfərdə idim və Azərbaycanın Baş naziri (Artur Rasizadə - red.) yaxşı lətifə danışdı:

“Seçkilər keçirilir, partiya qalib gəlir, partiyanın lideri - heç zaman idarəetmə, iqtisadiyyatla məşğul olmayan, təsadüf nəticəsində qalib gələn gənc adam seçkilərdən sonra müşavirlərini yığır və soruşur:

- Bizim ölkədə neft var? Cavab verirlər ki, yox. Qaz? – O da yoxdur. Qızıl? – Yoxdur. Qalay? – Yoxdur. Taxta-şalban? – Yoxdur.

- O zaman gedək işləyək!”.

B. Saqintayevin sözlərinə görə, indi Qazaxıstanda da işləmək vaxtıdır.

“Ona görə pul çox olanda subsidiyaları paylayırsan, nəticə isə yoxdur – heç kim də hesablamır ki, əvəzində nə alırıq. İndi elə bir vaxtdır ki, az pulla yaxşı iş görməliyik və nəticələr və bu cür zəruri olan məhsulu almalıyıq”, - deyə, B. Saqintayev bəyan edib.