» » » Hicran Hüseynova 170 minlik rüşvətdən danışdı

Hicran Hüseynova 170 minlik rüşvətdən danışdı

Hicran Hüseynova 170 minlik rüşvətdən danışdı

“İkinci söhbət ola bilməz”.

Səfər İmanovun hazırda harada olduğunu bilmirəm. Gərək hüquq-mühafizə orqanları onu axtarıb tapsın.

ucarliyiq.biz xəbər verir ki, bunu APA-nın Qarabağ müxbirinə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova komitənin külli miqdarda dələduzluqda faktı ilə bağlı ittiham olunaraq ölkədən qaçmış keçmiş aparat rəhbəri Səfər İmanovla bağlı suallara cavab olaraq bildirib: 

“Biz öz mövqeyimizi bildirmişik. Həmin mövqe komitənin saytında da yerləşdirilib. Hazırda istintaq, araşdırma gedir, istintaq bitəndə hər şey məlum olacaq”. 

H. Hüseynova mətbuatda barəsində səslənən rüşvət alma ittihamlarına da münasibət bildirib: 

“Əlbəttə, bunlar hamısı yalan, böhtandır. İkinci söhbət ola bilməz. Amma qoy araşdırsınlar. Baxsınlar, kimin burada günahı var, kim hansı işləri törədib? Jurnalistlərə, hüquq-mühafizə orqanlarının nümayəndələrinə, vəkillərə demək istəyirəm ki, etikanı qorusunlar. 

Hansısa adam haqqında bir şey yazanda əvvəlcədən faktları yoxlayıb, sonra yazsınlar. Məncə, heç kim haqqında belə çirkin yazıları yazmaq olmaz. Xüsusilə də dövlət məmurları haqqında belə yazıları yazanda fikirləşmək lazımdır”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanov dələduzluqda ittiham olunur.

Vəkil Adəm Məmmədov S. İmanovun vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dollar aldığını bildirib.

Vəkil S. İmanovun bu il yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk etdiyini də deyib.

E. Kərimov isə mətbuata açıqlamasında rüşvət qalmaqalında AQUPDK sədri H. Hüseynovanın adını hallandırıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitəsindən APA-ya bildirilib ki, Komitənin sabiq Aparat rəhbəri S. İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.

5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.