» » » Azərbaycanda ov mövsümünün vaxtı

Azərbaycanda ov mövsümünün vaxtı

Azərbaycanda ov mövsümünün vaxtı

ETSN məlumat yaydı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri Üzrə Elmi Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat  xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, iclasda mütəxəssislərlə tənzimlənən ov fəaliyyətinin təbiətdə balansın qorunmasında və ziyanverici növlərin sayının azaldılmasında əhəmiyyətli rolu müzakirələr aparılıb.
 
Bir sıra vəhşi quşların (ördək, qaşqaldaq, qaz və s) çoxalma dövrünün daha sonrakı dövrlərə təsadüf etməsi səbəbindən onların ov müddətinin uzadılması, həmçinin bəzi heyvanların (bataqlıq qunduzu, yenot, çaqqal və s) ziyanverici olması və bu səbəbdən onların ovuna ilboyu icazə verilməsinin zəruriliyi qeyd olunub. 
 
Qeyd olunanlar nəzərə alınaraq, respublika ərazisində ov mövsümünün müddətinin 10 mart  2016-cı il tarixinədək uzadılması və bu müddət ərzində su-bataqlıq quşlarının ovuna icazənin davam etdirilməsi, həmçinin çaqqal, bataqlıq qunduzu və yenot kimi növlərin isə ilboyu ovlanması barədə  qərar qəbul edilib.