» » » Qaydalarını pozan dövlət qulluqçuları

Qaydalarını pozan dövlət qulluqçuları

Qaydalarını pozan dövlət qulluqçuları

7 nəfərin maaşı azaldıldı.

Ötən il ərzində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun müddəalarının tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq olunub.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının illik hesabatında bildirilib.

Ümumilikdə hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 404 intizam tənbeh tədbirindən 357-i töhmət, 27-i vəzifə maaşının azadılması, 13-ü dövlət qulluğundan azad edilmə, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Mərkəzi icra hakimiyyəti orqanlarında tətbiq edilən 321 intizam tənbeh tədbirindən 285-i - töhmət, 27-i – vəzifə maaşının azaldılması, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 2-i – dövlət qulluğundan azad edilmə olub.

www.oxu.аz