» » » Azərbaycanda dumanlı və çiskinli hava gözlənilir

Azərbaycanda dumanlı və çiskinli hava gözlənilir

Azərbaycanda dumanlı və çiskinli hava gözlənilir

Qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, gecəyə doğru az yağış yağacağı ehtimalı var.

Gecə və səhər arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. 

Qərb küləyi gecə və səhər arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.