» » » Çərşənbələr hansı ardıcıllıqla keçirilməlidir?

Çərşənbələr hansı ardıcıllıqla keçirilməlidir?

Çərşənbələr hansı ardıcıllıqla keçirilməlidir?

“Təbii-coğrafi amillər bütün bölgələrdə eyni deyil”.

Dünyadakı 13 iqlim tipinin 9-nun Azərbaycanda olması ölkəmizdə Novruz qabağı çərşənbələrin fərqli şəkildə keçirilməsinə öz təsirini göstərib.

ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Onun sözlərinə görə, çərşənbələrin keçirilməsində fərqliliyi yaradan əsas amil ölkəmizin sırf coğrafi şəraiti ilə bağlıdır: 

“Təbii-coğrafi amillər bütün bölgələrdə eyni deyil. Azərbaycanın iqlim tiplərinin müxtəlifliyi bu fərqi yaradır”.

Alim əlavə edib ki, dövlət tərəfindən çərşənbələrin “Su”, “Od”, “Yel” və “Torpaq” kimi sıralanması qəbul edilib: 

“Ancaq bəzi hallarda mütəxəssislər bu sıralanmaya etiraz edirlər. Ayrı-ayrı dövrlərdə bu sıralanma fərqli şəkildə olub. Bölgələrin bəzilərində ilk çərşənbə “Su”, bəzilərində “Od”dur. Bəziləri isə bunun “Külək” adlanmasını istəyir. Elə dağlıq yer var ki, orada Günəşin istiliyi ilk çərşənbədə hiss edilmir, Aran rayonlarında isə suların oyanması daha tez müşahidə edilir”.

A.Əhmədli qeyd edib ki, Azərbaycanın əskər bölgələri ilk çərşənbənin “Su” çərşənbəsi kimi qeyd edilməsini dəstəkləyir: “Biz də ilk çərşənbənin “Su” çərşənbəsi olması üzərində dayanmalıyıq. Çünki canlı orqanizmin yaranması suda mümkün olub. İlk canlı orqanizm suda yarandığı üçün həyatın mənası, onun nüvəsi sudur. Bu da vacib məqamdır”.

Qeyd edək ki, sabah Azərbaycanda ilk, martın 15-i isə axır çərşənbədir.

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək.

Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.