» » » Tələbələrə kredit veriləcək - VİDEO

Tələbələrə kredit veriləcək - VİDEO

Tələbələrə kredit veriləcək - VİDEO

Fond yaradılır.

Tələbələrə təhsil haqlarının ödənilməsi məqsədi ilə kreditlər veriləcək.

ucarliyiq.biz-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, prosesə gələn tədris ilindən başlanması nəzərdə tutulur. Bu, ölkəmizdə yeni yaradılmış "Maarifçi" fondunun fəaliyyəti nəticəsində mümkün olacaq.

Fonda artiq Təhsil Nazirliyinin nəzdində olan 11 ali təhsil müəssisəsi cəlb edilib. Məsələn, Bakı Dövlət Universiteti bir tədris ili ərzində 50 belə kreditin verilməsini öz öhdəsinə götürüb. Amma qiymətləndirmə, yəni hansı tələbənin bu krediti ala biləcəyi, universitet tərəfindən deyil, fond tərəfindən müəyyənləşəcək. Konkret kriterialar isə yaxın 2 ay ərzində açıqlanacaq.

Gələcəkdə prosesə digər ali təhsil müəssislərinin də qoşulacağı gözlənilir.