» » » Azərbaycanda Su çərşənbəsi qeyd olunur

Azərbaycanda Su çərşənbəsi qeyd olunur

Azərbaycanda Su çərşənbəsi qeyd olunur

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən yaranıb.

Bu gün Azərbaycanda ilk çərşənbə - su çərşənbəsi qeyd olunur.

ucarliyiq.biz xəbər verir ki, bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.