» » » Bakıda “Azəriqaz”ın işçisini döydülər

Bakıda “Azəriqaz”ın işçisini döydülər

Bakıda “Azəriqaz”ın işçisini döydülər

Abonentlər narazılığını bildiriblər.

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı ilə abonentlər arasında insident baş verib.

ucarliyiq.biz musavat.com-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

Qaz idarəsinin əməkdaşı Ramil Məmmədov qaz tənzimləyicisini təmir edərkən abonentlərə təbii qaz verilməsində fasilələr yaranıb, qazın təzyiqində fərqlər əmələ gəlib.

Bu vaxt abonentlərdən biri Ramil Məmmədova yaxınlaşıb, onların arasında mübahisə yaranıb. Abonent qaz idarəsinin əməkdaşı əli ilə, daha sonra isə qaz açarı ilə döyüb. Səs-küyə daha bir neçə abonent hadisə yerinə toplaşıb. Onlar da qonşularına dəstək veriblər və qaz idarəsinin işçisinin döyülməsi prosesinə qoşulublar.

Hadisə nəticəsində Ramil Məmmədov çoxsaylı xəsarətlər alıb və hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 

Əməliyyatçılar xəstəxanada “Azəriqaz”ın yaralı işçisinin ifadəsini alıblar. Onu döyənlər axtarılır. Ramil Məmmədov hadisədə iştirak edən abonentləri tanımadığını bildirib.