» » » Yasamalda yol bağlanır

Yasamalda yol bağlanır

Yasamalda yol bağlanır

“Azəryolservis” məlumat yaydı.

Bakıda M.Xiyabani küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır.

“Azəryolservis” ASC-dən ucarliyiq.biz-a daxil olan məlumata görə, bu gün saat 10:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələri arasında yerləşən hissəsi saat 12:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. 

ASC müvəqqəti narahatçılığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.