» » » Ciddi nöqsanlara yol verilən sürücülərlə müqaviləyə xitam verildi

Ciddi nöqsanlara yol verilən sürücülərlə müqaviləyə xitam verildi

Ciddi nöqsanlara yol verilən sürücülərlə müqaviləyə xitam verildi

“Sərnişinlər biletləri yalnız kassalardan almalıdırlar”.

Bakı Beynəlxalq Avtovağzalı işində yol verdiyi ciddi nöqsanlara görə bir neçə sürücü ilə müqaviləyə xitam verib.

Bu barədə ucarliyiq.biz-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.

Şöbə müdirinin sözlərinə görə, sərnişinləri biletsiz və ya baha qiymətə daşıdıqlarına, insanlarla rəftarda kobudluq etdiklərinə və digər qanunsuzluqlara yol verdiklərinə görə son 2 ayda 6 sürücü ilə müqaviləyə xitam verilib. 

Onların arasında Avtovağzalın öz sürücüləri ilə yanaşı, özəl şirkətlərin sürücüləri də var: 

“Biz tərəfdən sürücülərə ciddi nəzarət var. Əgər sərnişinlər sürücülərlə problemlərinin yaranmamasını, eləcə də mənzil başına rahat və qanunauyğun şəkildə çatmasını istəyirlərsə, onlar da bizə kömək etməlidirlər. 

Axı hər sürücünün başının üzərində bir nəzarətçi saxlamaq mümkün deyil. Sərnişinlər də biletləri vaxtında yalnız kassalardan almalı və qarşısına çıxan neqativ hallar barədə dərhal nəzarətçilərə məlumat verməlidirlər.

Belə olsa, getdikcə məsələlər qaydasına düşəcək. Hər halda biz mövcud problemlərin həlli üçün digər tədbirlərin də görülməsini planlaşdırırıq”.