» » » Samir Şərifov inqilabi dəyişikliklərin anonsunu verdi

Samir Şərifov inqilabi dəyişikliklərin anonsunu verdi

Samir Şərifov inqilabi dəyişikliklərin anonsunu verdi

Güzəştlərin tətbiq edilməsi məsələlərinə baxılacaq.

Azərbaycan hökuməti ölkəyə idxal edilən tibbi ləvazimatların əlavə dəyəri vergisindən (ƏDV) azad edilməsinə, eləcə də digər güzəştlərin tətbiq edilməsi məsələlərinə baxacaq.

ucarliyiq.biz Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında deyib.

Onun sözlərinə görə, qanunvericiliyə edilmiş son dəyişikliklər inqilabi xarakter daşıyır, eləcə də sahibkarlığın inkişafı üçün əlavə stimuldur.

Nazir, xüsusilə Vergilər Məcəlləsinə və "Gömrük tarifi haqqında" qanuna edilmiş dəyişikliklərin qüvvəyə mindiyini vurğulayıb.