» » » Abşeronda yanğın: Ölən var

Abşeronda yanğın: Ölən var

Abşeronda yanğın: Ölən var

FHN məlumat yaydı.

Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. 

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 

3 otaqlı evdə baş verib. 

Nəticədə,  evin mətbəxində 2 kv.m sahədə döşəmə yanıb. Yanğının kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Quliyev Təhməz Təbriz oğlunun yanmış cəsədi aşkar edilib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub.