» » » Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək

Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək

Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək

Müasir bünövrə inşa edildi.

Şübhəsiz ki, bir çox Bakı sakininin qəlbində şəhər mərkəzinin ən gözəgəlimli  yerində qərar tutan və füsunkar Ar Deko üslubunda inşa edilmiş Azərbaycan Kinoteatrı ilə bağlı əziz xatirələri yaşamaqdadır.

Son illərdə çox sevilən bu kinoteatra lazımi diqqət yetirilməsə də, hal-hazırda başa çatmaqda olan cazibədar bərpa layihəsi xəbəri, kino və memarlıq həvəskarlarını yəqin ki, çox sevindirdi.

Orijinal Ar Deko dekorativ üslublu fasadların böyük sevgiylə qorunub saxlanılması ilə birgə, burada qısa müddət sonra açılacaq ultra-müasir çox zallı kinoteatrın ehtiyaclarının ödənilməsi məqsədi ilə, köhnəlmiş daxili məkan tamamilə yenidən qurulub. 

Beləliklə, binanın xarici görünüşünün gələcək nəsillər üçün qorunub saxlanılması ilə yanaşı, onun ilkin təyinatı da qorunub saxlanılacaq. Bu heyrətamiz layihəyə son ştrix isə, Bakı filialı binanın birinci mərtəbəsində yerləşəcək və kinosevərləri valeh edəcək dünya şöhrətli “Hard Rock Cafe” olacaq.

Layihə rəhbərlərinin əsas məqsədləri memarlıq incisini tam bərpa edilmiş şəkildə şəhərə geri qaytarmaq və binanı müasir kinoteatr qismində uzunmüddətli istifadəyə hazır vəziyyətə gətirməkdən ibarət idi. Buna nail olmaq üçün mütəxəssis mühəndis komandası işə dəvət olunaraq, daxili demontaj işləri aparılarkən, fasadların zədələnməməsini təmin etdi. 

Aşağıdakı şəkillərdə göründüyü kimi, əvvəl (qırmızı oxlarla göstərilən) müvəqqəti xarici dəstək konstruksiyaları inşa edilərək, mövcud struktura zərər verilməyəcək qaydada fasadlara birləşdirildi.

Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək
Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək

 
Tarixi fasadlar tam gücləndirildikdən və zədələnmədən mühafizə edildikdən sonra, qalan strukturlar xaric edilərək, qorunan divarları dəstəkləmək üçün müasir bünövrə inşa edildi. 

Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək

Bünövrə inşasının ardından yeni dəmir-beton karkas tikilərək, artıq qorunmaqda olan divarlara birləşdirildi. Daimi struktur işləri başa çatdıqdan sonra, 2016-cı ilin ilk günlərində müvəqqəti xarici konstruksiyalar söküldü və tarixi fasadın orijinal əzəməti bir daha işıq üzü gördü.

Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək

Həm “Hard Rock Cafe”nin, həm də yeni multiskrin tipli kinoteatrın ictimaiyyət üçün açılışının 2016-cı ilin yay mövsümünün sonunda baş tutacağı gözlənilir.