» » » Bakıda hərrac: Qadın şalvarı, gips, çən, transformator satılır

Bakıda hərrac: Qadın şalvarı, gips, çən, transformator satılır

Bakıda hərrac: Qadın şalvarı, gips, çən, transformator satılır

Siyahı verilib.

Vergilər Nazirliyi vergi ödəyicilərinin hərraca çıxarılacaq əmlakları barədə siyahını açıqlayıb.

Nazirlikdən ucarliyiq.biz-a verilən məlumata görə, hərraca çıxarılan mallar içərisində stul və televizor, qadın şalvarları, kişi paltarları, kişi ayaqqabıları, kişi kostyumu, ev əşyaları, transformator, soyuducu və şifoner var.

Həmçinin məlumatda hərraca çıxarılan mallar içərisində 30 kisə gips və 32 kisə “Ağdağ astar”ı, dəmir qapı, avtoyuma aparatı, Qəbələ rayonu, Böyük Pirəli 16 kəndində mağaza binasının olduğu göstərilib.

Eyni zamanda ilkin hərracda satılmayan və qiyməti 40 faiz aşağı salınaraq növbəti hərraca çıxarılan əmlakların da siyahısı verilib.

Bunların içərisində qaymaq aparatı, kəsim aparatı, “Mercedes 220” markalı 1993 buraxılışlı avtomobil, 40 tonluq dəmir çən, uşaq və böyük paltarları, un və s. var.