» » » Gürcüstanda azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb

Gürcüstanda azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb

Gürcüstanda azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb

Gürcüstan polisi ona bu işdə yardım edəni axtarır.

Tbilisi Polis Departamentinin və İsani-Samqorsk idarəsinin əməkdaşları müştərək əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisidə Rusiya vətəndaşı, 1999-cu il təvəllüdlü Elçin İ. saxlayıblar.

ucarliyiq.biz Gürcüstan KİV-nə istinadən xəbər verir.  

 “İstintaq müəyyən edib ki, Elçin İ. öz yoldaşları ilə birgə 19 fevral tarixində 1998-ci il təvəllüdlü Samirə Bayramovanı qaçırmaqda təqsirli bilinir. O, Samirəni evlənmək məqsədilə qaçırıb”, - DİN yaydığı məlumatda deyilir.

İstintaq Gürcüstan CM 143-cü maddəsinin 3-cü bəndinin “a” və “b” hissələri (qanunsuz azadlıqdan məhrum etmə, əvvəlcədən razılaşdırılaraq bir qrup tərəfindən azyaşlıya qarşı törədilən cinayət) üzrə aparılır.