» » » Azərbaycan Qazaxıstan üçün gəmilər inşa edə bilər

Azərbaycan Qazaxıstan üçün gəmilər inşa edə bilər

Azərbaycan Qazaxıstan üçün gəmilər inşa edə bilər

Görüş keçirlib.

Baş nazir  Artur Rasizadə Azərbaycanda səfərdə olan Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini - Sərhəd  Xidmətinin direktoru, polkovnik Darxan Dilmanovu qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, görüş zamanı hər iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlıq imkanlarına toxunan tərəflər Xəzər dənizində sərhəd təhlükəsizliyi məsələlərində əlaqələri möhkəmləndirərək qeyri-leqal miqrasiyanın, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün birgə əməliyyat-profilaktik tədbirlər keçirməyin səmərəli olacağını bildiriblər. 

Bununla yanaşı, bildirilb ki, güclü iqtisadi potensiala malik Azərbaycanda Qazaxıstanın Sərhəd Xidməti üçün gözətçi gəmilərinin və qayıqların inşası, helikopterlərin və gəmilərin təmiri, Akademiya xətti ilə  mütəxəssislərin hazırlanması, habelə Avropa ilə Asiya arasında mühüm körpü rolu oynayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə tranzit yüklərin vaxtında və keyfiyyətlə daşınması üçün münbit şəraitin yaradılması qarşıda duran geniş fəaliyyət istiqamətlərindəndir.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin də iştirak etdiyi qəbul zamanı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.