» » » Bakıda intihar cəhdinin qarşısı alınıb

Bakıda intihar cəhdinin qarşısı alınıb

Bakıda intihar cəhdinin qarşısı alınıb

FHN məlumat yaydı.

Bakıda intihar cəhdinin qarşısı alınıb. 

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.