» » » Bakıda əfqan qız binadan yıxılaraq öldü

Bakıda əfqan qız binadan yıxılaraq öldü

Bakıda əfqan qız binadan yıxılaraq öldü

F. Ezatullahi qaçqın statusu almışdır.

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. 

Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.