» » » Səbail rayonunda Xocalı köçkunlərinə maddi yardımlar göstərildi

Səbail rayonunda Xocalı köçkunlərinə maddi yardımlar göstərildi

Səbail rayonunda Xocalı köçkunlərinə maddi yardımlar göstərildi

Xocalı faciəsinin 24-cü ildönümü anılıb.

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunub.

ucarliyiq.biz-a daxil olan məlumata görə, Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisəlrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər  təşkil olunub.

Tədbirlər çərçivəsində fevralın 25-i rayonun orta və ali məktəblərində  ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, rayonun ali məktəblərində anım tədbirləri keçirilmiş, Dövlət Gənc Tamaşaçılar Teatrında faciəyə həsr olunmuş «Xocalıda qırmızı mələk» adlı tamaşasının premyerası və Badamdar Mədəniyyət evində ədəbi-bədii kompozisiya, rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyaları təşkil olunmuş, Səbail rayon məktəbləri arasında güllə atıcılığı üzrə yarış keçirilmiş və qalib komandalar mükafatlandırılıb.

Faciənin ildönümü ərəfəsində Səbail Rayon İcra Hakimiyyətində  Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 15 ailənin nümayəndələri ilə görüş keçirilib.

Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. 

Bildirilmişdir ki,  bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanılıb. 

Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir.
 
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə olkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirilib.

Həmçinin qeyd olunmuşdur ki, fevral ayının 26-da rayonun sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin «Xocalı harayı» abidəsinin ziyarəti təşkil ediləcək. 

Həmin gün rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, «Bibiheybət» və İçəri şəhər «Cümə» məscidlərində ehsanlar veriləcək.

Tədbirdə çıxış edən Xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirilib.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  maddi və ərzaq yardımları  göstərilib.