» » » Nazir sahə rəislərinə ciddi tapşırıqlar verdi

Nazir sahə rəislərinə ciddi tapşırıqlar verdi

Nazir sahə rəislərinə ciddi tapşırıqlar verdi

“Polislər geniş dünyagörüşə malik olmalıdırlar.”

Bakı Şəhər Baş Polis İdarəsində paytaxtın polis orqanlarının sahə rəislərinin və inspektorlarının cinayətlərin profilaktikasında roluna və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. 

Bu barədə ucarliyiq.biz-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi barədə məlumat verərək polis sahə inspektorları institutunun işinin düzgün qurulmasının müstəsna əhəmiyyət kəsb etdiyini, onların xidməti fəaliyyətininin təşkilinin və təkmilləşməsinin Nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində olduğunu xatırladıb. 

Daxili işlər naziri konkret tapşırıq və tövsiyələrini verib, sabitliyin qorunub saxlanılmasının, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, xidməti fəaliyyətin, o cümlədən sosial funksiyaların icrasının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının başlıca məqsəd olduğunu diqqətə çatdırıb.

Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üşün polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa malik olmalarının vacibliyini vurğulayıb, qarşıda duran vəzifələri müəyyənləşdirib və bu məsələlərə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb edib.