» » » “Xocalı həsrəti” adlı tədbir keçirildi – FOTO

“Xocalı həsrəti” adlı tədbir keçirildi – FOTO

“Xocalı həsrəti” adlı tədbir keçirildi – FOTO

Mərdəkan Mədəniyyət Sarayında.

Fevralın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mərdəkan Mədəniyyət Sarayı  Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəz ilə bigə  Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş “Xocalı həsrəti” adlı tədbir keçirib.

ucarliyiq.biz xəbər verir ki, tədbir  Mədəniyyət Sarayının nəzdində  fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvlərinin Xocalı faciəsini əks etdirən şəkillərindən ibarət  tərtib olunmuş sərginin nümayişi ilə başlanıb.

Sonra Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı dəhşətlərini əks etdirən süjet təqdim olunub. 

Uşaqların hazırladığı1992-ci ildə Xocalıda baş verən qanlı hadisələri əks etdirən kompozisiyada, şəhid olan oğlunun acısını çəkən ananın fəryadı tədbir iştirakçılarını və tamaşaçıların göz yaşlarına səbəb olub.

Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı G.İslamov, Yeni Azərbaycan Partiyasının sədri N.Əliyev, millət vəkili R.Əliyev, Hüquq-mühafizə və inzibati orqanların səlahiyyətli nümayəndələri, qəsəbə nümayəndələri, elm, təhsil nümayəndələri və digər nümayəndələr iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin ifasında S.Vurğunun “Azərbaycan” adlı şeirin lent yazısı ilə bitib.

“Xocalı həsrəti” adlı tədbir keçirildi – FOTO

“Xocalı həsrəti” adlı tədbir keçirildi – FOTO

“Xocalı həsrəti” adlı tədbir keçirildi – FOTO

“Xocalı həsrəti” adlı tədbir keçirildi – FOTO