» » » Bakıda məktəbdə müəlliməni döydülər

Bakıda məktəbdə müəlliməni döydülər

Bakıda məktəbdə müəlliməni döydülər

Təhsil müəssəsində xuliqanlıq faktı qeydə alınıb.

Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib.

ucarliyiq.biz teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb. 

Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. 

Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.