» » » Sabah Bakıda bu yollar bağlı olacaq – SİYAHI

Sabah Bakıda bu yollar bağlı olacaq – SİYAHI

Sabah Bakıda bu yollar bağlı olacaq – SİYAHI

Sürücülərin diqqətinə.

Sabah Bakının bir sıra küçələri nəqliyyatın hərəkətinə bağlanacaq.

ucarliyiq.biz xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki,  fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Xocalı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
 
V. Əsədovun sözlərinə görə, sabah səhər saat 08:00-dan tədbir tam başa çatana qədər – İzzət xanım Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən Xocalı prospektinə doğru avtomobillərin istiqamət dəyişdiriləcək.
 
Bakı şəhər Dövlət Yol Polis İdarəsi bu istiqamətlərdə nəqliyyat sıxlığının yaşanmaması üçün, vətəndaşlara, sürtücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.