» » » Ölkə ərazisində 20 dərəcə isti olacaq

Ölkə ərazisində 20 dərəcə isti olacaq

Ölkə ərazisində 20 dərəcə isti olacaq

Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.

ucarliyiq.biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.