» » » Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşdi

Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşdi

Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşdi

Xudaverdiyev Cavad Xudaverdi oğlu.

Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

SOCAR-dan ucarliyiq.biz-a verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsədi tapılan şəxs SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğludur.

O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.