» » » Bakının bəzi mərkəzi küçələrində hərəkət dayandırıldı

Bakının bəzi mərkəzi küçələrində hərəkət dayandırıldı

Bakının bəzi mərkəzi küçələrində hərəkət dayandırıldı

NİİM məlumat yaydı.

Səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlıdır. 

Bu barədə ucarliyiq.biz-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsindən sola tərəf hərəkət edə bilərlər.Eyni zamanda, Niyazı küçəsinində Neftçilər prospekti ilə kəsişməsindən (Azneft dairəsi) istiqlaliyyət küçəsi ilə kəsişməsinə qədəq olan hissəsi (hər iki tərəf) hərəkət üçün bağlıdır.

Qeyd edək ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.