» » » Sumqayıtda Xocalı qurbanları anıldı – FOTO

Sumqayıtda Xocalı qurbanları anıldı – FOTO

Sumqayıtda Xocalı qurbanları anıldı – FOTO

Tədbirdə Zakir Fərəcov çıxış edib.

Fevralın 26-da Sumqayıt şəhərində Xocalı qurbanlarına ucaldılan abidənin qarşısında Xocalı soyqırımının 24-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

ucarliyiq.biz xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib, rayonun mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər təşkil olunub.

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, qurumun memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Fəzail Hüseynov, icra başçının müavini Faiq Kərimov, hüquq mühafizə orqanlarının, sənaye müəssisələrinin, təşkilat və idarələrin rəhbərləri, habelə Sumqayıt ictimaiyyətinin nümayəndələri ümumxalq hüzn günü Xocalı soyqırımının qurbanlarının xatirəsinin anma mərasimində iştirak ediblər. 

Xocalı qurbanlarına ucaldılan abidənin  önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Mərasimdə çıxış edən İcra hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. 

Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanılıb. 

Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.

Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyi bildirilib.

Daha sonra faciənin ildönümü ərəfəsində Sumqayıt şəhərində məskunlaşmış Xocalı köçkunləri ilə görüş keçirilib. Onlar üçün çay süfrəsi təşkil olundu.

Mərasimində çıxış edən Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının müavini Faiq Kərimov, qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edildi. Dinc əhaliyə amansızlıqla divan tutuldu. 

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, yüzlərlə Xocalı sakininin xəsarət aldığını və itkin düşdüyünü qeyd edən F.Kərimov Xocalı faciəsinin özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldığını və Soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıldığını bildirib.

Xocalı köçkunləri Sumqayıt Şəhər İcra Hakimiyyəti onlara ayrılmış diqqətə görə dərin minətdarlığı bildirmişdilər. Tədbirdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.

Tədbirin sonunda Sumqayıt rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən yardımlar göstərilib. 