» » » Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

Onlar kişini tələb olunan pulun qalanını yığmaq üçün buraxıblar.

Fevralın 25-də səhər saat 9-da Moskva vilayətindəin Krasnoqorsk şəhərində soyğunçuluq hadisəsi baş verib.

ucarliyiq.biz Rusiyanın DİN-in saytına istinadən xəbər verir ki, Krasnoqorsk şəhər sakini ərinə hücum edilməsinə dair şikayətlə polisə müraciət edib.

Hadisə yerinə gələn polislər müəyyən edib ki, bir neçə nəfər hədə-qorxu gələrək 39 yaşlı sahibkarı oğurlayaraq Moskva vilayətinin Mıtişinsk rayonuna aparıblar.

Cinayətkarlar zərərçəkəni döyüblər, “Porşe Kayen” avtomobilini və 150 min rubl (2000 dollar) pul vəsaitini əlindən alıblar. Daha sonra tələb olunan pulun qalanını yığmaq üçün kişini buraxıblar.

Həmin gün 28-30 yaş arasında olan dörd vətənadaş saxlanılıb, onlardan üçü Azərbaycandan gələnlər olub. Son zamanlarda şübhəli bilinən şəxslər Naberejnı Çelnıda yaşadıqları və dəfələrlə Moskva ərazisinə cinayətkar fəaliyyət üçün gəldikləri müəyyən edilib.

Operativ məlumata görə, şübhəli bilinən şəxslər analoji cinayətlər törədiblər.

Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

Rusiyada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu