» » » Nazir: İlhamə Quliyeva şəhidlər sırasındadır

Nazir: İlhamə Quliyeva şəhidlər sırasındadır

Nazir: İlhamə Quliyeva şəhidlər sırasındadır

“Şəhidlərə Allahdan rəhmət diləyirəm”.

İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi.

ucarliyiq.biz axar.az-a istinadən bildirir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlhamə Quliyeva ilə vida mərasimində deyib.

O, xalq artistinin ölümünün böyük itki olduğunu diqqətə çatdırıb:

“Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm.

O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi”.