» » » Azərbaycanda alkoqoliklərin sayı azaldı

Azərbaycanda alkoqoliklərin sayı azaldı

Azərbaycanda alkoqoliklərin sayı azaldı

Hər bir nəfərə 1,75 litr alkoqollu içki düşür.

Azərbaycanda son 5 il ərzində rəsmi qeydiyyata alınan alkoqoliklərin sayı artsa da, ötən il ilk dəfə olaraq, onların sayında azalma müşahidə edilib.

ucarliyiq.biz xəbər verir ki, Səhiyyə Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, ötən il ərzində Azərbaycanda 21 777 nəfər alkoqolik qeydə alınıb. 

2014-cü ildə alkoqoliklərin sayı 22 278, 2013-cü ildə 21 584, 2012-ci ildə 21 103, 2011-ci ildə isə 19 765 nəfər olub.

Ölkədə alkoqoliklərin sayının azalmasının əsas səbəbi yeni qeydiyyata alınan alkoqoliklərin sayının azalması ilə izah edilir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 2015-ci ildə 15-17 yaşlı 1 (2014-cü ildə 1), 18-24 yaşlı 343 (2014-cü ildə 517), 25-29 yaşlı 928 (2014-cü ildə 1240), 30-34 yaşlı 1599 (2014-cü ildə 1429), 35-39 yaşlı 1660 (2014-cü ildə 1669), 40-44 yaşlı 2709 (2014-cü ildə 2583), 45-49 yaşlı 3175 (2014-cü ildə 3027), 50-54 yaşlı 3347 (2014-cü ildə 3245), 55-59 yaşlı 3434 (2014-cü ildə 3374), 60 yaşdan yuxarı isə 4582 (2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Azərbaycanda alkoqoliklər daha çox kişilərdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bütün ölkə üzrə bir ildə əhalinin hər bir nəfərinə (adambaşına) faktiki istehlak üçün 1,75 litr alkoqollu içki düşür.