» » » İstirahət günü Azərbaycanda sulu qar, qar yağacaq

İstirahət günü Azərbaycanda sulu qar, qar yağacaq

İstirahət günü Azərbaycanda sulu qar, qar yağacaq

Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, sabah paytaxt və yarımadanın bəzi yerlərində duman olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. 

Cənub küləyi əsəcək,  gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.