» » » Bakının mərkəzində sərnişin avtobusu dəhşətli qəza törətdi: Ölən var

Bakının mərkəzində sərnişin avtobusu dəhşətli qəza törətdi: Ölən var

Bakının mərkəzində sərnişin avtobusu dəhşətli qəza törətdi: Ölən var

Faktla bağlı cinayət işi açılıb.

Bu gecə Bakıda ağır yol qəzası baş verib. 

ucarliyiq.biz-ın Lent.az-a istinadən məlumatına görə, Yasamal rayonu ərazisində, Parlament prospektində 63 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ana və qızını vurub. 

Nəticədə ağır xəsarət alan 36 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. 

Onun 16 yaşlı qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.