» » » Sərdar Həmidov vəfat etdi

Sərdar Həmidov vəfat etdi

Sərdar Həmidov vəfat etdi

O, Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirmişdi.

Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Musavat.com-a onun yaxınları məlumat verib.

Dünən səhər saatlarında qəfildən halı pisləşdiyi üçün ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya (“Semaşko”) yerləşdirilən S.Həmidov dünən axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

Sərdar Həmidov fevralin 29-da saat 14:00-da Tərtərdə dəfn ediləcək.