» » » Avtomobil həvəskarlarının yeni dalğası: Avto FM

Avtomobil həvəskarlarının yeni dalğası: Avto FM

Avtomobil həvəskarlarının yeni dalğası: Avto FM

“Qaraj” proqramı həftə içi təqdim olunacaq.

Azərbaycanın populyar radiolarından biri 107.7 FM - Avto FM avtomobil həvəskarları üçün yeni layihə hazırlayıb.

ucarliyiq.biz xəbər verir ki, tanınmış aparıcı Cavid Osmanovun təqdimatında dinləyəcəyiniz “Qaraj” proqramında avtomobil həvəskarlarını maraqlandıran mövzular müzakirə olunacaq.

Proqramda ekspert kimi “Avtoqraf” jurnalının təsisçisi, tanınmış bloqer Ramin Musayevin və peşəkar avtomobil mütəxəssislərinin iştirakı gözlənilir.

Avtosevərlərə avtomobilə aid qulluq, baş verə biləcək nasazlığı aradan qaldırmaq üçün məsləhətlər, avtomobillərin tüninqi, avtoservislərlə bağlı məsləhətlər, eləcə də avtomobil həvəskarlarını maraqlandıran ən vacib məsələlərə toxunulacaq.

“Qaraj” proqramı 29 fevraldan başlayaraq həftə içi saat 16.00-dan 18.00-dək təqdim olunacaq.

Qeyd edək ki, 29 fevral 2016-ci il tarixindən 107.7 FM - Avto FM proqramları tamamilə yenilənir. Belə ki, Cavid Osmanov və Günel Hümbətova bu tarixindən “Avto FM”də “Birinci növbə” adlı səhər şousunda aparıcılıq edəcəklər. Veriliş həftə içi saat 08.00-10.00 aralığında efirdə olacaq.

Həmçinin, “Avto FM” radiosunda həftə içi hər gün səhər saat 10-12 arası aparıcı Sevda Güləhmədovanın təqdimatında dinləyəcəyiniz “Sağlam ol!” proqramında ölkənin ən yaxşı tibb mütəxəssisləri sağlamlığa dair ən vacib məsələləri sizinlə bölüşəcəklər.

Avtomobil həvəskarlarının yeni dalğası: Avto FM

Avtomobil həvəskarlarının yeni dalğası: Avto FM