» » » Gəncədə oğlan özünü ürəyindən güllələdi

Gəncədə oğlan özünü ürəyindən güllələdi

Gəncədə oğlan özünü ürəyindən güllələdi

Cinayət işi başlanıb.

Gəncə şəhərində intihar hadisəsi baş verib.

ucarliyiq.biz xəbər verir ki, Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.