» » » Qadınla DYP arasından insidentlə bağlı – AÇIQLAMA

Qadınla DYP arasından insidentlə bağlı – AÇIQLAMA

Qadınla DYP arasından insidentlə bağlı – AÇIQLAMA

“Qadın sürücü DYP əməkdaşına hücum edib”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda yol polisi inspektoru ilə qadın sürücü arasında baş vermiş insidentlə bağlı açılama verib.

İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ucarliyiq.biz-ə bildirib ki, bir neçə gün öncə “99 YP 497” nömrə nişanlı maşının DYP əməkdaşları Yusif Səfərov küçəsində yol qaydasını pozan “99 FH 475” nömrə nişanlı ”Hyundai” markalı avtomobilə saxla işarəsi verib, lakin sürücü yol boyu DYP əməkdaşının saxla əmrinə əhəmiyyət vermədən hərəkəti davam edib. 

Polis polkovnikinin sözlərinə görə, avtomobil qabağ sağ tərəfinin qanadının əzik vəziyyətdə idarə edilib, həmçinin onun kobud yol qaydalarının pozması görə ödənilməmiş cərimələri olub.

DYP əməkdaşları qadının sürücünü Xətai rayonu, Süleyman Vəzirov küçəsində saxlaya biliblər:

“Saxlanan zamanı qadının yoldaşı avtomobildə olub, sürücü bəhanələr gətirərək məsuliyyətdən yayınmaq istəyib. Qadın sürücü DYP əməkdaşına qarşı müxtəlif nalayiq söyüşlər söyərək təhqir edib, daha sonra o, polis əməkdaşına hücum edərək onun sifətini cırmaqlayıb. Hazırda xəsarət alan polis əməkdaşı xəstəxanada müalicə alır”. 

O bildirib ki, hazırda hadisə ilə əlaqədar araşdırmalar aparılır.

Xətai rayon Məhkəməsinin qərarı əsasında qadın 200 manat cərimə olunub.

Elvin Əhmədov