» » » Yazın ilk gününə olan hava proqnozu açıqlandı

Yazın ilk gününə olan hava proqnozu açıqlandı

Yazın ilk gününə olan hava proqnozu açıqlandı

Cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən xəbərə görə bəzi yerlərdə zəif duman, mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah hava şəraitinuin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.