» » » Bakıda qəza: Qadın divara çırpıldı - FOTO

Bakıda qəza: Qadın divara çırpıldı - FOTO

Bakıda qəza: Qadın divara çırpıldı - FOTO

Avtomobildəki sərnişin də xəsarət alıb.

Bakıda zəncirvari yol qəzası baş verib, üç avtomobil toqquşub.

ucarliyiq.biz musavat.com-a istinadən bildirir ki, hadisə Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində qeydə alınıb.

İlkin ehtimala görə, qəzaya Əsgərova Ləman Mahmud qızının idarə etdiyi “Pejo” markalı avtomobil səbəb olub. 

Qadın sürücü “Azneft dairəsi” istiqamətində yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn “Kia” markalı avtomobilə, o isə “Toyota” markalı başqa maşına çırpılıb.

Zərbənin təsirindən Ləman Əsgərova avtomobilin ön şüşəsindən çıxaraq yol kənarındakı divara çırpılıb. 

Avtomobildəki sərnişin də xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. 

Qadın sürücü və yaralı sərnişin 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.