» » » Hərbi psixoloqlar təkmilləşdirmə kursunu bitirdi

Hərbi psixoloqlar təkmilləşdirmə kursunu bitirdi

Hərbi psixoloqlar təkmilləşdirmə kursunu bitirdi

Müdafiə Nazirliyini məlumat yaydı.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Hərbi psixoloq» ixtisası üzrə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirən dinləyicilərin növbəti buraxılışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, kurs müddətində ixtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətə «Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə və aparılmasına dair təlimat»ın tələbləri, eləcə də hərbi kollektivlərdə sağlam mənəvi-psixoloji vəziyyətin qorunub saxlanılması, hərbi qulluqçuların psixoloji xüsusiyyətlərinin aşkarlanması, fərdi söhbətlərin aparılması qaydaları və əhəmiyyəti, psixoloji yardımın göstərilməsi və digər istiqamətlər üzrə tələblər və tövsiyələr çatdırılıb.

Hazırlıq müddətində şəxsi heyət psixoloji işin təşkilində müxtəlif orduların təcrübəsi, qoşunlarda psixoloji dayanıqlığın saxlanılması, hərbi qulluqçuların və onların ailə üzvlərinin, habelə mülki işçilərin psixi sağlamlığının qorunması mövzularında mühazirələr dinləyib.

Silahlı Qüvvələrdə psixoloji işin təkmilləşdirilməsi və inkişafı məqsədilə kurslar davamlı olaraq plana uyğun həyata keçiriləcək.

Hərbi psixoloqlar təkmilləşdirmə kursunu bitirdi

Hərbi psixoloqlar təkmilləşdirmə kursunu bitirdi