» » » Sürücülər bu cərimədən azad edilir - VİDEO

Sürücülər bu cərimədən azad edilir - VİDEO

Sürücülər bu cərimədən azad edilir - VİDEO

Yeni məcəllədə bu xəta ləğv edilib.

Sabahdan qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülər üçün maraqlı ola biləcək daha bir məqam var. Söhbət sürücülərlə polis arasında bir sıra hallarda mübahisələrə səbəb olan “qəza şəraitinin yaradılması” xətasından gedir. Yeni məcəllədə bu xəta ləğv edilib.

Mübahisələrə səbəb olan qəza şəraiti anlayışı cərimə üçün əsas olmayacaq. Buna səbəb qəza şəraiti anlayışının mücərrəd olması idi. Belə ki, konkret xırda qayda pozuntusu da qəza şəraitinə səbəb ola bilər. Bu zaman məhz törədilən qayda pozuntusuna, yoxsa onun səbəb olduğu qəza şəraitinə görə cərimənin tətbiq edilməsi əsl mübahisə obyekti olurdu.

Qəza şəraiti yaratdığına görə sürücülərə 80 manat və 4 bal tətbiq edilirdi. Halbuki, eyni məzmunda olan xırda qayda pozuntularına görə daha az cərimələr nəzərdə tutulurdu. Yeni məcəllənin qüvvəyə minməsi ilə konkret qayda pozuntuları əsas götürüləcək. Bu isə sürücüləri eyni məzmuna görə daha çox cərimə ödəməkdən azad edəcək.

Mənbə: Xəzər xəbər