» » » Xuliqan Həsənov Qazaxıstana göndərildi

Xuliqan Həsənov Qazaxıstana göndərildi

Xuliqan Həsənov Qazaxıstana göndərildi

Baş Prokurorluqda qazax həmkarlarının sorğusunu təmin ediblər.

Bu gün Baş Prokurorluq və DİN əməkdaşları 42 yaşlı Qazaxıstan vətəndaşı Afət Həsənovu Bakıdan Qazaxıstana ekstradisiya ediblər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “NewTimes.kz” informasiya agentliyi nəzarət orqanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Azərbaycanda Həsənov xuliqanlıq törətdiyi üçün həbs cəzası çəkirdi. Qazaxıstanda isə o, Manqistausk vilayətində başqasının əmlakını mənimsəmək və xərcləməsi üçün mühakimə ediləcək.

Həsənovun Qazaxıstana ekstradisiyasına dair qərar Azərbaycan Baş Prokurorluğunda Qazaxıstan həmkarlarının sorğusu ilə fevralın 15-də qəbul edilib.  

Həsənov Astana şəhərinin istintaq təcridxanasına köçürülür.