» » » Sinoptiklər sabaha mülayim hava proqnozlaşdırırlar

Sinoptiklər sabaha mülayim hava proqnozlaşdırırlar

Sinoptiklər sabaha mülayim hava proqnozlaşdırırlar

Bəzi yerlərdə duman olacaq.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. 

Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 11-16 dərəcə isti olacaq. 

Martın 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli düşməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.