» » » 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu ilə bağlı – AÇIQLAMA

6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu ilə bağlı – AÇIQLAMA

6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu ilə bağlı – AÇIQLAMA

Müsahibə komissiyaları sentyabrın 10-dək həyata keçirilməlidir.

Təhsil nazirinin əmrinə əsasən, 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu sentyabrın 10-dək həyata keçirilməlidir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nin təsdiq edilməsi barədə əmrinə əsasən, hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olacaq uşaqlar müsahibəyə cəlb edilirlər. 

Həmin əmrin 8-ci bəndinə əsasən, müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir. 

Bundan başqa, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.

Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirən 6 yaşı tamam olmayan uşaqlar müsabiqədənkənar qəbul edilə bilər.