» » » Ehtiyacı olduğu üçün oğurluq edən qadın saxlanıldı

Ehtiyacı olduğu üçün oğurluq edən qadın saxlanıldı

Ehtiyacı olduğu üçün oğurluq edən qadın saxlanıldı

Hadisə “Favorit” marketdə baş verib.

Bakıda orta yaşlı qadın marketlər şəbəkəsinin bir filialında ərzaq məhsullarını oğurlamaq istəyərkən yaxalanıb.

ucarliyiq.biz-ın “Qafqazinfo”-ya istinadən  verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda, Haqverdiyev küçəsində yerləşən “Favorit” marketdə baş verib.

Gecə saat 02 radələrində Bakı sakini, 1969-cu il təvəllüdlü N.M marketdən smetan, şampun, corab və kərə yağı götürüb pulunu ödəmədən getmək istəyib. 

Bu zaman o, marketin işçiləri tərəfindən saxlanılıb və Polis Bölməsinə təhvil verilib. İzahatı alındıqdan sonra sərbəst buraxılıb. Qadın ehtiyacı olduğu üçün oğurluq etməyə məcbur olduğunu deyib.

Araşdırma aparılır.